Starbucks, əksəriyyəti qadın və uşaq olmaqla 34.500-dən çox fələstinlinin həyatına son qoyan Qəzzada İsrailin müharibəsinə verdiyi dəstəklə bağlı qlobal boykot kampaniyalarının ağırlığını hiss edir.
Middleeastmonitor.comun məlumatına görə Starbcks qlobal satışlarının kəskin surətdə azaldığını elan edərək bu vəziyyətin pandemiyadan sonra ən pis vəziyyət olduğunu deyib.
Məlumata görə bu da səhm qiymətinin 21 aylıq minimuma enməsi ilə keçən ilin bu dövrü ilə müqayisədə xalis gəlirinin 15 % azalması ilə (772 milyon dollar) nəticələnib.Qlobal boykot kampaniyalarının boykotuna məruz qalan Starbucksın mənfəət proqnozu həddən ardıq zəifdir. Çünki yaxın gələcəkdə kafelərinin fəaliyyətinin dayandırılması təhlükəsi ilə üz-üzədir.
Sturbucksın icraçı direktoru CEO Laxman Narasimhan deyib: Çətin bir mühitdə, bu rübün nəticələri brendimizin gücünü, imkanlarımızı və ya gələcək imkanlarımızı əks etdirmir. Əlbəttə şirkət Starbucks haqqında yayılan yalan və çaşdırıcı onlayn məlumatlarla mübarizə etməyə cəhd göstərsə də, faydasızdır.
Oktyabr ayında Starbucks, ən azı 370 ABŞ mağazasında işçilər təşkil edən Workers United-i həmkarlar ittifaqının sosial media hesabında yerləşdirilmiş Fələstin tərəfdarı mesajına görə məhkəməyə verərək həmkarlar ittifaqının adından və bənzərliyindən istifadəni dayandırmağa da çalışır.
Xatırladaq ki, sionist rejimin Qəzzaya qarşı soyqırım müharibəsi başlamasından bəri, Starbucks onun hərəkətləri nəticəsində satışlarında və mənfəətində davamlı azalma göz qarşısındadır.