Türkiyənin İstanbul şəhərində Qüds və Fələstin üzrə Parlamentarilər Liqasının Beşinci Konfransının yekun bəyannaməsi qlobal boykot hərəkatını dəstəkləyib.
Bu barədə yerli KİV məlumat yayıb.
Məlumatda vurğulanır ki, konfransa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da qatılıblar.
27 bəndlik bəyannamədə “İsrail və onun tərəfdarlarına qarşı qlobal boykot hərəkatını dəstəkləmək qərara alınır”, – deyə bildirilir.
Əlavə olaraq diqqətə çatdırılır ki, İsrail rejimi Qəzza zolağında insanlıq cinayəti törədir.
Beynəlxalq konfransa müsəlman ölkələrdən gələn çoxlu sayda millət vəkilləri qatılıblar.