Google, İsrail müqaviləsinə etiraz edən işçilərini işdən çıxartdığını elan edib.
BBC-nin məlumatına əsasən, texnologiyanın nəhəng şirkəti olan Google sionist rejimlə bağladığı müqaviləyə qarşı etirazlarda iştirak edən 28 işçini işdən çıxarıb.
Məlumata görə, Google-in Amazon ilə İsrail hökuməti və ordusunu bulud hesablamaları və süni intellekt infrastrukturu ilə təmin edən Project Nimbus adlı 1,2 milyard dollar (960 milyon funt sterlinq) dəyərində ortaq müqaviləsi var və No Tech For Apartheid etiraz qrupuna bağlı işçilər şirkətin Nyu York və Sunnyvale, Kaliforniya ofislərində oturaq aksiyalar keçiriblər.
Google, Project Nimbus-un “silah və ya kəşfiyyat xidmətləri ilə əlaqəli yüksək həssas, məxfi və ya hərbi iş yüklərinə yönəlmədiyini” iddia edərək bu etirazların yersiz olduğunu hesab etdiyi üçün etiraz edən işçiləri işdən çıxarmaq qərarına gəlib.
Google-in bu qərarı etirazçıların iş sistemində nizamsızlıq və “digər işçilərin işinə fiziki maneə törətdiyini və onların obyektlərə daxil olmasına mane olduğu” əsaslandırılıb.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Qəzzada müharibə başlayandan sonra nümayişçilərin əllərində “Mənfəət üçün daha soyqırım yoxdur” yazılmış pankartlarla yürüşlər keçirilib.
Ən son etiraz aksiyalarında işçilər ofislərə daxil olub və Google-dan hüquq-mühafizə orqanlarını çağırmağa vadar edərək oranı tərk etməkdən imtina ediblər.
Google verdiyi açıqlamada bu davranışı “tamamilə qəbuledilməz” adlandırıb.