Çərşənbə, Aprel 30, 2025

İsrail mallarına qarşı boykot kampaniyası gücləndikcə Qərb brendləri əhəmiyyətli təsirlə üzləşir

Çox oxunanlar

Qəzzaya qarşı son müharibəyə cavab olaraq İsrail məhsullarını hədəf alan boykot kampaniyası bir sıra ərəb ölkələrində Qərbin fast-food nəhənglərinə ziyan vurub. Münaqişə zamanı müəyyən şirkətlərin İsrailyönümlü mövqeyindən qaynaqlanan hərəkat öz əhatə dairəsini qlobal ölçülərə qədər genişləndirmək potensialına malikdir.

İsrailin Qəzzada aqressiv hərəkətlərindən sonra Misir, İordaniya və Türkiyədə İsrail mallarına qarşı boykot hərəkatı böyük maraq kəsb edərək McDonald’s, Starbucks və KFC kimi Qərbin böyük fast-food şəbəkələrinə ciddi zərbə vurdu.

Təsirə məruz qalan şirkətlər ya münaqişə zamanı İsrailə dəstək göstərməkdə günahlandırılır, ya da bu ölkədə maliyyə əlaqələri və ya sərmayələri olduğu iddia edilir.

“Mən hiss edirəm ki, bunun müharibəyə böyük təsir etməyəcəyini bilsəm də, bu, müxtəlif millətlərin vətəndaşları olaraq edə biləcəyimiz ən az şeydir ki, əllərimizin qan içində olduğunu hiss etməyək” dedi 31- yaşlı Qahirə sakini Reham Hamed ABŞ-ın fast-food şəbəkələrindən qaçaraq və təmizlik məhsulları seçərək boykotda fəal iştirak edir.

Qəzzadakı hərəkətlərinə görə Təl-Əvivə qarşı beynəlxalq təzyiqlər artdıqca, boykot kampaniyasının Küveyt və Mərakeş də daxil olmaqla, digər ərəb ölkələrində də geniş yayıldığına işarələr var.

Sosial mediada onlarla şirkəti və məhsulu əhatə edən boykot çağırışları geniş yayılıb və istehlakçıları yerli alternativlərə üstünlük verməyə çağırıb.

İordaniyada etiraz kampaniyasının tərəfdarları bəzən McDonald’s və Starbucks filiallarına daxil olaraq müştəriləri yerli biznesləri seçməyə təşviq edirlər. Müştərilərin yerli brendlərə üstünlük verdiyi paytaxt Əmmanda böyük bir supermarketin kassiri Əhməd Əl-Zaro qeyd etdi ki, “Bu məhsulları heç kim almır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This