srail Müdafiə Qüvvələri (IDF) bütün döyüş qoşunları üçün ev məzuniyyətini dayandırdığını bəyan edib.
Ordu.az xəbər verir ki, bu Suriyadakı konsulluq binasına hücumdan sonra İranın potensial reaksiyası ilə bağlı İsraildə həyəcan siqnalının gücləndirilməsi fonunda atılıb.
“IDF müharibə vəziyyətindədir və zərurət yarandıqda qüvvələrin yerləşdirilməsi məsələsi daima nəzərdən keçirilir”, – IDF-dən qeyd edilib.
Dünən gecə IDF qiymətləndirmədən sonra Hava Hücumundan Müdafiə sistemini gücləndirdiyini və ehtiyat qüvvələrini çağırdığını açıqlayıb.