İraq İslam Müqaviməti işğalçı İsrail rejiminə qarşı mübarizə əməliyyatının ikinci mərhələsində Qəzzəyə dəstək üçün Fələstinin işğal altındakı Aşdod şəhərində yerləşən İsrailin mühüm obyektləri PUA-larla hədəfə aldığını elan edib.
Hərakat Hayfanın cənub-şərqindəki Ramat David zərbələrin endiriliyini açıqlayıb.
Başqa bir xəbərdə isə işğal altındakı Qolan yüksəkliklərində sionist mövqelərinə raket zərbələrinin endirildiyi bildirilib.
Yerli mənbələrin məlumatına görə isə, Suriyadan Qolanın cənubundakı “Kist” bölgəsinə 3 raket atılıb.
Bundan əlavə xəbərlərdə sionist rejim qüvvələrinin işğal olunmuş Fələstinin Livanla şimal sərhədlərində döyüş hazırlığı vəziyyətinə gətirlidiyini və Təl-Əviv kimi böyük şəhərlərdə həyəcan-xəbərdarlıq səviyyəsinin artdığı, hərbi məzuniyyətin ləğv edildiyini və Hərbi Hava Qüvvələrinin tam hazır olduğunu açıqlanıb.