Şənbə, Aprel 26, 2025

Aİ İranın Suriyadakı diplomatik obyektinə hücumu pisləyib

Çox oxunanlar

Avropa İttifaqı aprelin 1-də İranın Dəməşqdəki diplomatik obyektinə hücumu və itkiləri pisləyib.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsünün bəyanatında bildirilib.

“Bu yüksək gərgin regional vəziyyətdə son dərəcə təmkin nümayiş etdirmək vacibdir. Bölgədə vəziyyətin daha da gərginləşməsi heç kimin marağında deyil. Beynəlxalq hüquqa uyğun olaraq diplomatik və konsulluq binalarının və personalının toxunulmazlığı prinsipinə bütün hallarda və bütün şəraitlərdə hörmət edilməlidir”, – bəyanatda deyilir.

Qeyd edək ki, aprelin 1-də İsrail İranın Suriyadakı konsulluğuna zərbələr endirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This