Çərşənbə, Aprel 30, 2025

Seyid Həsən Nəsrullah Qüds günündə aktiv iştiraka dəvət etdi

Çox oxunanlar

Livan Hizbullahının baş katibi müsəlmanları Qüds günündə aktiv iştiraka dəvət etməklə bərabər müqəddəs Qədr gecələrində müsəlmanlardan Qəzzə xalqı üçün dua etmələrini istədi.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən gecə (29 mart) 19 Ramazan Qədr gecəsi münasibətilə təşkil olunmuş mərasimdə bu gecə siyasətdən danışmayacağını, sadəcə müsəlmanları bu ilin Qüds günündə aktiv iştirak etməsi və Qədr gecələrində Qəzzə xalqı üçün dua etməyə dəvət edib.

Seyid Həsən Nəsrullah Qüds günündə siyasi mövzular barədə ətraflı çıxış edəcəyini söz verib.

O, deyib: Bu gün Qəzzədə baş verən cinayətlər, viranedici dağıntılar, aclıq, qorxu, iztirabla yanaşı xalqın mübarizə hissi, möhkəmlik və müqaviməti biz dua etməyə sövqləndirir.

S.H.Nəsrullah həmçinin Qədr gecələrində müsəlmanlardan Livan, İraq, Suriya və Yəmən xalqı üçün dua etmələrini diləyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This