Şənbə, Aprel 26, 2025

ABŞ Dövlət Departamenti: Qəzzada atəşkəs üçün fəal danışıqlar aparırıq

Çox oxunanlar

Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəsə nail olmaq üçün fəal danışıqlar aparmağa davam edir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz BMT Təhlükəsizlik Şurasının qətnaməsinin tələb etdiyi məqsədə, yəni dərhal atəşkəs və girovların azad edilməsinə nail olmağa çalışmaq üçün fəal danışıqlar aparırıq”, – o deyib. Eyni zamanda Miller qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin bu danışıqlara hər hansı təsir göstərə biləcəyini deyə bilməz, lakin qeyd edib ki, hazırda və ötən həftəsonu davam edən danışıqlar prosesində irəliləyiş əldə olunub.

“İsrailin müdafiə naziri Yoav Qalant buradadır, o, iki saat sonra dövlət katibi Entoni Blinkenlə görüşəcək. Mən bunun (İsrailin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qəzzaya dair qətnaməsi ilə bağlı mövqeyi) görüşdə söhbət mövzusu olacağını gözləyirəm”, – Miller bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This