İsrailin Qəzza zolağına hücumları nəticəsində hər gün 37 ananın öldüyü bildirilir.
Fələstin Qızıl Aypara Cəmiyyəti 21 Mart Analar Günü münasibəti ilə etdiyi paylaşımda İsrailin 7 oktyabrdan bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında həyatını itirən analara diqqət çəkib.
Ərəb və ingilis dillərində edilən paylaşımda deyilir: “Qəzza zolağında hər gün 37 ana şəhid olur”.
Bəzi ərəb ölkələrində, o cümlədən Fələstin və Misirdə 21 mart “Analar günü” kimi qeyd olunur.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 mini uşaq və 9 220-si qadın olmaqla 31 923 fələstinli həlak olub, 74096 nəfər yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu bildirilir.