Şənbə, Aprel 26, 2025

İsrail HƏMAS və “İslami Cihad”ın yüzlərlə üzvünü “Əş-Şifa” xəstəxanasında saxladığını bildirib

Çox oxunanlar

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Fələstinin Qəzza zolağının şimalında “Əş-Şifa” xəstəxana kompleksinin ərazisində radikal Fələstinin HƏMAS və “İslami Cihad” qruplaşmalarının 358 üzvünü saxlayıb.

Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari brifinqdə bildirib.

“Əş-Şifa” əməliyyatı davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu konsentrasiyası ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəlini saxlamışıq, onlardan 358-i HƏMAS və “İslami Cihad” terrorçularıdır”, – deyə o bildirib.

“Onlar təslim olurlar, biz onları dindiririk və bizə çox dəyərli və vacib kəşfiyyat məlumatı verirlər”, – deyə Haqari əlavə edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This