Şənbə, Aprel 19, 2025

Tzipi Livni: Nə “Hizbullah” Livanın, nə də HAMAS fələstinlilərin maraqlarını təmsil edir

Çox oxunanlar

“Nə “Hizbullah” Livanın maraqlarını, nə də HAMAS fələstinlilərin maraqlarını təmsil edirb.

u barədə İsrailin sabiq xarici işlər naziri Tzipi Livni XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirələrdə deyib.

“Hizbullah”ı, husiləri və HAMAS-ı İranın proksiləri adlandıran Tzipi Livni İranın onlardan regionda istifadə etdiyini bəyan edib və əlavə edib ki, “İran regionda digər praqmatik ölkələrə təhdiddir”.

“HAMAS Fələstin xalqının iradəsini ifadə etmir, o sadəcə bir ideologiyadır. Bu ideologiya da İranla qidalanır. İsrail-Fələstin münaqişəsi illərdir davam edir. Bu isə onu göstərir ki, ölkələrin İrana qarşı birləşmələri münaqişə üçün heç nə vəd etmir”, – sabiq XİN rəhbəri vurğulayıb.

Xanım Livni qeyd edib ki, HAMAS 2006-cı ildə hakimiyyətə gələndə konkret olaraq ona qarşı çıxılmayıb: “HAMAS dağıdıcı mövqedən çıxış edir. Misir və region ölkələri üçün hazırda radikal addım atmaq üçün, sülhə doğru təşəbbüs göstərmək üçün lazımi zaman gəlib çatıb”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This