Şənbə, Aprel 26, 2025

Livan Hizbullahı işğalçı sionistlərin üç bazasına raket və artilleriya hücumu edib

Çox oxunanlar

Hizbullah döyüşçüləri bu ölkədən işğal olunmuş cənub ərazilərinə və Fələstinin işğal olunmuş ərazilərinin şimalında işğalçı sionistlərin üç bazasını raket və artilleriya hücumları ilə hədəfə alıblar.

Hizbullah qısa bəyanatlar verərək vurğuladı ki, döyüşçüləri Zabedin, Hanita və Ruysat əl-Aləm bazalarını raketlə hədəfə alıblar.

Hizbullah döyüşçüləri ilk hücumda Livanın (sionist rejimin işğalı altında olan) Şibaa ərazisindəki Zabedin bazasına Fələq raketi ilə hücum edib və sözügedən raket birbaşa hədəfi vurub.

Digər hücumda Hizbullah döyüşçüləri Livana aid olan və işğalçı rejimin işğalı altında olan Kəfər Şuba yüksəkliyindəki Ruysat əl-Aləm bazasına raket hücumu həyata keçirib.

Digər əməliyyatda Livan müqavimət qüvvələri işğalçı qüvvələrin Hanita bazasının şərqindəki kazarmasını top atəşinə tutub.

Hizbullah döyüşçüləri həmçinin işğal olunmuş Fələstinlə sərhəd bölgələrinin səmasında işğalçı sionistlərin PUA-sını işğal olunmuş ərazilərə çəkilməyə məcbur ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This