Çərşənbə, Aprel 30, 2025

XRISTIANLAR İSRAIL MALLARINA BOYKOT ETDI!!!

Çox oxunanlar

Dünya Kilsələr Şurası (WCC) qeyri-qanuni yəhudi məskunlaşma inşaat işlərinin dayandırılmasını tələb edib və İsrail mallarına boykot tətbiq olunmasını istəyib

Məlumata görə, Dünya Kilsələr Şurası (WCC), “az qala universal olaraq rədd olunan” qeyri-qanuni məskunlaşma inşaat işlərinin dayandırılmasını, indiyə qədər tikilən bütün obyekt və evlərin isə sökülməsini sionist İsraildən tələb edib. 
Dünyada 110 ölkədə yerləşən 359 kilsə və 560 milyon xristianı təmsil edən Şura, İsrailə məskunlaşma işlərinin “qeyri-qanuni, ədalətsiz, sülhlə uyğun olmayan və İsrail dövlətinin qanuni mənfəətlərinə zidd” olduğunu söyləyib. Qeyd edək ki, Dünya Kilsələr Şurası (WCC), İsrailin qeyri-qanuni tikdirdiyi yeni massivlərdə istehsal olunacaq malların baykot olunmasını tələb edib. İsrail dövlətinin qanuni mənfəətləri ilə qeyri-qanuni məskunlaşma işləri arasında dəqiq bir ayrı-seçkilik olduğunu yazan WCC Mərkəzi öz məlumatında, “Fələstinlilərə tərifsiz ağrılar yaşadan” Şərqi Qüdsdəki işləri qınayıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Son xəbərlər

ABŞ Böyük Britaniyanı İsrailə silah ixrac etməyə razı salmağa çalışır

ABŞ-ın Böyük Britaniyadakı səfirliyinə namizəd Warren Stevens Senatda dinləmələr zamanı Böyük Britaniyanın bəzi silah ixracatını dayandırması ilə bağlı “narahatlığını”...

More Articles Like This